Türkiyədə mina partladıldı - 21 hərbçi yaralandı

11.11.2015 01:55     Dünyadan reaksiya     1764

Türkiyənin Diyarbəkir əyalətinin Silvan şəhəri yaxınlığında PKK terrorçularının yol kənarında quraşdırılmış partlayıcı qurğunun işə salması nəticəsində 21 hərbçi yaralanıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, yaralılardan birinin vəziyyəti kritikdir.  

Məlumata görə, partlayış bir qrup hərbçi Diyarbəkirdən əməliyyatın keçirildiyi Silvan şəhərinə yollanarkən törədilib.     

Terrorçuların müəyyənləşdirilərək məhv etdirilməsi üçün insidentin baş verdiyi ərazidə irimiqyaslı əməliyyat keçirilir.  

Şərhlər

Çox oxunanlar