Rusiya Səudiyyə Ərəbistanına 10 miyardlıq silah sata bilər
11.11.2015 10:06 Dünyadan reaksiya 1996
Rusiyanın Səudiyyə Ərəbistanına 10 milyard dollar dəyərində silah-sursatın tədarükünə dair sazişlər paketi hazırlanır. Sazişlərin Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Saudun Moskvaya gözlənilən rəsmi səfəri zamanı imzalanacağı gözlənilir.
Reaksiya.az-ın xəbərə görə, bu barədə “Vedomosti” nəşrinə “Rostex” və “Rosoboroneksport”dakı mənbələr bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl kralın Rusiyaya səfəri ilə bağlı diplomatik kanallarla danışıqlar davam edir.
“Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz Əl Saud noyabrın sonunda Moskvaya səfər edəcəyi gözlənilir. Onun mümkün səfəri ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanına 10 mlrd dollar dəyərində silah-sursatın tədarükünə dair sazişlər paketi hazırlanır”, deyə məlumatda qeyd olunur.
Şərhlər