Çexiyada miqrantlar aclığa başladı

11.11.2015 10:30     Dünyadan reaksiya     1845

Çexiyada müvəqqəti sığınacaq mərkəzində 60-dan çox miqrant aclıq elan ediblər.

Reaksiya.az xəbər verir ki, miqrantlar düşrəgədə saxlanmaq müddətinin artırılmasına görə etiraz edirlər.

Səhər 44 nəfərin başladığı aclığa sonradan başqaları da qoşulub.

Bu il yanvar ayından noyabrın 1-nə kimi Avropaya 1,2 milyon mühacir sığınıb.

Şərhlər

Çox oxunanlar