Daha bir ölkə qaçqınları tikanlı məftillə qarşılayır
11.11.2015 11:25 Dünyadan reaksiya 2283
Sloveniyanın baş naziri Miro Cerar miqrant böhranın qarşısının alınması məqsədilə yeni tədbirlər həyata keçiriləcəyini bildirib.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sloveniya Xorvatiya ilə olan sərhədinin bir hissəsinə tikanlı məftillər çəkəcək.
Baş nazi yaxın günlərdə Sloveniyanın artıq mübarizə apara bilməyəcəyi qaçqın böhranı ilə üz-üzə qalacağından narahatlıq keçirtdiyini ifadə edib.
Qeyd edək ki, Avropaya axın edən qaçqınlardan 2 min 343-ü Sloveniyadakı qaçqın düşərgələrinda qalır.
Şərhlər