Almaniyada 100 yaşını keçənlərin sayı artıb
11.11.2015 11:26 Dünyadan reaksiya 1721
Uzun ömür sürmək, ələxsus da 100 yaşını görmək bütün insanların xəyalıdır. Almaniyada bu yaşa çatanların sayı gedərək artır.
Reaksiya.az xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsi 2011-ci ildən etibarən 100 yaşını keçənlərin siyahıya alıb. 3 il əvvəlki statistikaya görə, bu qrupa daxil olanların sayı 14 min 436 nəfər olub. Keçən ilki qeydlərə görə Almaniyada 100 yaşını keçənlərin sayı 16 min 860 nəfərə çatıb.
Birləşmiş Millətlər Təşkilatının təxmini hesablamalarına görə 10 il ərzində bu rəqəm 44 min 200 nəfərə, 2050-ci ildə isə 114 min 700 nəfərə çatacaq.
Sayıları get – gedə artır
"Senioren Ratgeber" adlı jurnalın keçən il dərc etdiyi bir araşdırmaya görə 2000-ci ilin əvvəllərində ölkədə yaşı 100 yaşdan çox olan insanların sayı 5 min 700 nəfərə yaxın idi. Hazırda isə bu sayı təqribən iki qatına çıxıb.
Şərhlər