"Putin Donbassda nə edəcəyini bilmir" - Sabiq XİN başçısı

11.11.2015 12:33     Dünyadan reaksiya     2804

“Krımı da unutmamalıyıq”.

İsveçin keçmiş xarici işlər naziri Karl Bildt Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ukraynanın şərq ərazilərində nə edəcəyini bilmədiyini ifadə edib.

Reaksiya.az xəbər verir ki, Berlində təşkil edilən Xarici Siyasət Forumunda çıxış edən Bildt bildirib ki, Putin artıq bəzi planlarının reallaşmadığını görüb: “O, batdı. O, bəzi planlarının reallaşmadığını gördü. Putin macəranın başında Krımı aldı. Daha sonra Ukraynanın şərqindən başlayaraq iki ay ərzində ölkənin yarısını alacağını düşünürdü, amma alınmadı”. Bildt qeyd edib ki, artıq Rusiya bu ərazilərdə hansı addımları atacağını bilmir: “Putin itirdi. O, indi Luqansk və Donetsk bölgələrin şərq hissələrində ilişib qalıb. O, nə edəcəyini bilmir. O, həm iqtisadi, həm də hərbi baxımdan ora bağlıdır və ordan getmir".

Başqa ölkələrin diqqətini Ukraynadan başqa yerə çəkmək üçün Putinin Suriyaya hücum etdiyini ifadə edən Bildt Avropanın, Ukraynadakı hadisələrə göz yummamalı olduğunu qeyd edib.

Şərhlər

Çox oxunanlar