Kameron Avropa İttifaqını təhdid edib

11.11.2015 12:56     Dünyadan reaksiya     1975

İngiltərənin baş naziri Deyvid Kameron, Aİ-nin islahat tələblərini qəbul etmədiyi təqdirdə ittifaq üzvlüyünün davamını referenduma təqdim edəcəklərini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, İngiltərənin baş naziri Deyvid Kameron Aİ ilə ölkəsi arasındakı əlaqələrin yenidən formalaşdırılması üçün hazırladığı təklifləri Aİ Şurasının sədri Donald Tuska çatdırıb. Kameron, Aİ ölkələri arasındakı dövriyyə sərbəstliyinin məhdudlaşdırılmasını və üzv dövlətlərə daha çox səlahiyyət verilməsini tələb edir.

Kameron hər problemin daha çox Avropa ilə həll edilməyəcəyini, bəzən daha az Avropa ilə daha yaxşı nəticələr alına biləcəyini ifadə edib. Kameron seçki kampaniyası əsnasında, İngiltərə ilə Aİ arasındakı danışıqların tamamlanacağı 2017-ci ilin sonunda Aİ üzvlüyünə davamiyyətin referendumla qərara alınacağı ilə bağlı və vermişdi.

İngiltərə hökuməti sərbəst dövriyyənin yeni Aİ üzvü ölkələr üçün etibarlı olmamasını, yeni üzvlərin iqtisadi vəziyyətinin İngiltərə ilə uyğunlaşması şərtinə uyğun həyata keçirilməli olduğunu düşünür.

D. Kameron ölkəsinin Aİ-nin dərin inteqrasiya prosesində iştirak etməyəcəyini və ortaqlarından daha intensiv əməkdaşlığa qoşulma zəruriliyinin tərəfdarı olmadıqlarına dair yazılı öhdəlik istəyəcəklərini qeyd edib.

Kameron eyni zamanda əgər xalq səsvermədə “ayrılırıq” – desə, Aİ - dən ayrılacaqlarını sözlərinə əlavə edib.

Şərhlər

Çox oxunanlar