Bütün S-300-ləri ilin sonuna kimi alacağıq - İranlı nazir

11.11.2015 13:22     Dünyadan reaksiya     2113

Rusiya yaxın günlərdə İrana S-300 raket sistemlərini göndərməyə başlayacaq.

Reaksiya.az xəbər verir ki, bu barədə İranın müdafiə naziri Huseyn Dehqan bildirib.

“Rusiya ilə müqavilə bağlamışıq. Hazırda icra olunmaq üzrədir. İlin sonuna kimi bu sistemlərin (S-300) böyük hissəsini əldə edəcəyik”, - deyə nazir vurğulayıb.

Həmçinin qeyd olunur ki, hazırda iranlı mütəxəssislər S-300 sistemlərinin istifadəsi ilə bağlı Rusiyada təlim görməkdədirlər.

Şərhlər

Çox oxunanlar