Bağdad üçün kömək paketi - İraq BVF - yə təslim olur

11.11.2015 13:57     Dünyadan reaksiya     1943

BVF-nin  İraq missiyası ölkə iqtisadiyyatını izləməyə alaraq dəstək paketi hazırlayacaq. Hazırlanacaq paket 2016-cı ilin əvvəlində BVF rəhbərliyinə təqdim ediləcək

BVF-nin İraqa İŞİD ilə xərclərinin yüksəlməsi və aşağı düşən neft qiymətlərinə görə dəstək paketi təqdim edilməsi baxımından razılaşma əldə edildiyi bildirilib.

Reaksiya.az xəbər verir ki, BVF İraq missiyasının rəhbəri Kristian Josz tərəfindən verilən açıqlamada İraqın iqtisadi islahatlarının təqib edildiyi ifadə edilərək ölkəyə maliyyə tənzimləmə mövzusunda dəstək veriləcəyini qeyd edilib. BVF dəstək paketi üçün ölkəni izləməyə alacaq. İzləmə proqramı bu ilin sonundan etibarən başlayacaq. Razılaşmanın 2016-cı ilin əvvəlindən etibarən BVF rəhbərliyinə təqdim ediləcək.

Josz açıqlamasında İraq büdcəsinin əhəmiyyətli dərəcədə neft gəlirlərinə söykəndiyini ifadə edərək qiymətlərin düşməsi ilə ölkəyə dəstək vermək qərarı alındığını söyləyib.

Şərhlər

Çox oxunanlar