Qazaxıstanda sərhədləri bağlamaq təklif olunur
11.11.2015 14:39 Dünyadan reaksiya 2104
Sərhədlərin açılması Qazaxıstandan böyük məbləğdə vəsaitin çıxarılmasına gətirib çıxardı.
Reaksiya.az xəbər verir ki, bu barədə “Finance.nur.kz” saytına qazaxıstanlı ekspert Denis Krivoşeyev bildirib.
Eskpert iddia edir ki, Rusiya əksəriyyəti “yararsız” vəziyyətdə olan 150 min avtomobili Qazaxıstana “sırıyıb”.
Avrasiya İqtisadi Birliyinin 10 aylıq yekunları barədə danışan iqtisadçı Qazaxıstanı “uduzan ölkə” kimi dəyərləndirib.
“Məsələ ondadır ki, Qazaxıstan digər ölkələrdən fərqli olaraq, müqaviləyə daha diqqətlə yanaşır və onu yerinə yetirməmək üçün bəhanələr axtarmır. Bizim tərəfdaşlarımız isə həmişə “boşluq” tapıblar. Müqavilədə hansısa anlaşılmayan oyun qaydaları var ki, bizim danışıq iştirakçıları təcrübəsizlikdən dolayı nəzərdən qaçırıblar. Evlənəndən sonra, sövdələşmə gecdir. Vaxtında sövdələşmək lazımdır. Mən bunu istəyirəm, mən onu istəyirəm, beşinci, onuncu... İndi isə hamı bizə deyir ki, müqavilə imzalayanda nə düşünürdünüz?”, - deyə ekspert bildirib.
Krivoşeyev vurğulayıb ki, Qazaxıstan üçün yeganə çıxış yolu AİB-i tərk etməkdir. Onun fikrincə, sərhədləri bağlamaq və şərtlər yaratmaq lazımdır. Ekspert yerli istehsalçıları müdafiə etmək, milli investisiya prosesini dəstəkləməyin tərəfində olduğunu əlavə edib.
Şərhlər