Bill Klinton Hillariyə səkkiz məşuqəsilə xəyanət edib - Kitabdan şok iddialar
11.11.2015 16:06 Dünyadan reaksiya 2118
ABŞ-da sabiq prezidentin ailə münasibətləri barəsində qalmaqallı kitab dərc olunub.
Reaksiya.az xəbər verir ki, “Komsomolskaya pravda” qəzetində dərc olunmuş yazıya görə, ABŞ-da Rocer Stounun “Klintonun qadınlarla müharibəsi” adlı çoxsəhifəlik və qalmaqallı kitabı işıq üzü görüb.
Müəllifin yazdığına görə, Klinton cütlüyü arasında Billin Hillariyə xəyanəti ilə bağlı tez-tez dava-dalaş olub.
“Hillari dəfələrlə evdə ərini kötəkləyirdi, ona hər cür əşyalar tullayırdı, qan çıxana qədər cırmaqlayır və çimdikləyirdi", - müəllif kitabında yazıb.
1993-cü ilin martında Hillari ölüm ayağında olan atasının yanına gedərkən Bill Ağ evə aktrisa və müğənni Barbara Streyzandı dəvət edib. Qonağın gecə pezident igamətgahında qaldığını eşidən kimi birinci xanım dərhal Vaşinqtona qayıdıb. Ertəsi günü isə prezident boynunda elə böyük bir cırmaq izi ilə camaat qarşısına çıxıb ki, hətta jurnalistlər ondan soruşublar ki, nə baş verib.
Müəllif iddia edir ki, Bill Klinton daim arvadına xəyanət edib. Xüsusi detektivlər tutaraq Hillari aydınlaşdırıb ki, onun əri eyni vaxtda səkkiz qadınla ona xəyanət edir.
Bununla yanaşı Stoun onu da qeyd edib ki, Hillari də fağır-filan deyil, o özü də ilanın biridir. Limuzinlə yolda getdikləri vaxt o, ərinin başına nə gəldi, onu çırpırmış – oturacaqdakı döşəkcəni, içində sənədlər olan qovluğu, açarları...
Müəllif, həmçinin bildirib ki, Çelsi Klinton heç bioloji olaraq da Billin qızı deyil və onun nigahdankənar bir oğlu da var.
Şərhlər