Respublikaçı namizəd Suriyanı İraqdan ayıra bilmir

11.11.2015 16:22     Dünyadan reaksiya     2213

ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində Respublikaçı Partiyadan namizəd olmaq üçün yarışan şəxslər Suriya məsələsində fikir ayrılığı yaşayır. Reaksiya.az xəbər verir ki,keçmiş Florida valisi Jeb Buş Suriyada uçuşa qadağa qoyulacaq bölgə planına isti baxdığını ifadə edib.

Buş Respublikaçı namizədlərinin dördüncü müzakirə proqramında Suriyada uçuşa qadağan bölgələrin yaradılmalı olduğunu bildirib. Onun fikrincə Suriyada günahsız insanlara barrel bombası atılır.

Uçuşa qadağan bölgənin qurulmalı olduğunu ifadə edən Ohio valisi John Kasich Suriyanın şimalında və cənubunda, Türkiyə və İordaniya sərhədi boyunca yaradılacaq etibarlı bölgəyə dəstək verəcəyini söyləyib.

Respublikaçı Partiyanın səkkiz namizədinin dördüncü dəfə bir araya gəldiyi açıq iclasda, iş qadını Carly Fiorina uçuşa qadağan bölgə planını dəstəklədiyini və prezident seçilərsə regiondakı kürd əsgərlərini silahlandıracağını bildirib.

Kentucky senatoru Rand Paul isə məntiqi baxımdan qeyri-mümkün olduğuna görə etibarlı bölgə yaradılması fikrini rədd edib. Suriya ilə İraqın yerini bilməyən Paul bu vəziyyətin rus təyyarələrini vurmaq mənasını gəldiyini söyləyib.

Digər tərəfdən, dünənki müzakirə proqramı əsnasında Donald Trumpun qeyri-qanuni miqrantların deportasiya edilməsi planına qarşı çıxan digər Respublikaçı namizədlər Trumpun ayrı-seçkilik etməklə günahlandırıblar.

Xatırladaq ki, Trump prezident seçiləcəyi təqdirdə ABŞ-dakı 11 milyon qeyri-qanuni immiqrantı ölkədən çıxaracağını və ABŞ-Meksika sərhədinə divar çəkdirəcəyini söyləmişdi.

Şərhlər

Çox oxunanlar