Livanda prezident böhranı davam edir
11.11.2015 16:51 Dünyadan reaksiya 2002
Livan Məclisi yığıncaq yetər sayı təmin edilmədiyinə görə 30 -cu iclasda da prezidentini seçə bilmədi. Reaksiya.az verir ki, Livan Məclisi bugünkü iclasında da prezident seçkisi üçün yetərsay əldə edə bilməyərək 31-ci dəfə toplanmağı qərara alıb.
Livan Məclisinin spikeri Nəbih Berri bildirib ki, ölkənin 13-cü prezidentini seçmək üzrə baş tutan 30 -cu iclasda 86 millət vəkili belə iştirak etmıyib. Buna görə də səsvermə 2 dekabra kimi təxirə salınıb.
Şərhlər