Rusiyanın Ukraynaya qarşı embarqo xərci açıqlanıb

11.11.2015 16:57     Dünyadan reaksiya     2050

 

 

Ukrayna İqtisadi İnkişaf və Ticarət nazirinin müavini Nataliya Mıkolskaya, Rusiyanın 1 yanvar 2016 – cı il  tarixindən etibarən Ukraynaya qarşı qida embarqosunu tətbiqi edəcəyi təqdirdə Ukrayna ixracatının təxminən 140-205 milyon dollar azalacağını açıqlayıb.

Reaksiya.az xəbər verir ki, bundan başqa, Rusiya Federasiyasının Ukrayna məhsulları üçün gömrük təarifləri tətbiqi halında ixracatın da təxminən 167-239 milyon dollar azalacağını bildirən Mıkolskaya bildirib ki,ancaq embarqo siyahısında və gömrük tarifləri siyahısında yer alan bir çox məhsul eyni olduğundan ixracatın enişi həmin rəqəmlərin cəmindən daha aşağı olacaq.

İki il əvvəl sanksiyaların tətbiq olunması halında Ukraynanın itkilərinin daha böyük olacağını ifadə edən Mıkolskaya qeyd edib ki, vəziyyət olduqca fərqlidir. 2013-cü ildən bəri Rusiyada bizim məhsullarımız üçün texniki və müxtəlif maneələr tətbiq ediləcək. Beləcə, son 2 il ərzində Ukraynanın onsuz da Rusiyaya ixrac miqdarını ciddi bir şəkildə aşağı salıb, başqa ölkələrə yönləndirdiyi qeyd edilib.

Şərhlər

Çox oxunanlar