İran azərbaycanlıları sakitləşmir
11.11.2015 17:15 Dünyadan reaksiya 1946
İranın dövlət televiziyasında azərbaycanlıların təhqir olunmasından sonra başlayan mitinqlər bu gün də davam edib.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, mitinqlər əsasən univeristet tələbələri tərəfindən təşkil edirlir.
Belə aksiyalardan biri Ərdəbildə Mühəqqiq Univeristetində baş tutub. Tələbələr əllərində İngilis və Fars dillərində plakatlar tutublar. Mitinqdə ümümilikdə necə nəfərin iştirak etməsi barədə məlumat yoxdur.
Bir necə gün əvvəl İranın dövlət televiziyasında yayımlanan "Fitile" adlı proqramda ölkədə yaşayan azərbaycanlılar təhqir olunub.
Bu səbəbdən İranın Təbriz , Zəncan, Marağa, Ərdəbil və digər böyük şəhərlərində etiraz aksiyaları təşkil edilib. Mitinqlarda polislə etrazçılar arasında qarşıdurma yaranıb. Ötən gün baş tutan aksiyada bir azərbaycanlı öldürülüb.
Əli Əkbər Murtaza oğlunun Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində öldürüldüyü bildirilir.
Əli Əkbər aksiyada iştirak etdiyi vaxt polis və təhlükəsizlik qüvvələri etirazçılara hücum edib. O, yaranan qarşıdurma zamanı aldığı zərbədən həyatını itirib.
Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, kimi şüarlar altında keçirilib.
Azərbaycanlıları təhqir edən veriliş isə İran Radio və Televiziya Qurumunun qərarı ilə bağlanıb.
Qurumun rəhbəri Məhəmməd Serafraz bu hadisəyə görə üzr istəyib. "Proqramdakı təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəyirəm. İranda azərbaycanlıları ayağa qaldıran veriliş bağlanıb və məsul şəxslərin cəzalandırılması işləri başlayıb".
Bundan başqa "Fitile" komediya proqramı işçilərinin işinə son verildiyini, "Kanal 2"nin rəhbər şəxslərindən olan 3 nəfərin də vəzifəsindən uzaqlaşdırldığını deyib. Adıçəkilən proqramın aktyorları Məhəmməd Muslimi, Əli Furuten və Hamid Güli də açıqlama yayaraq azərbaycanlıları təhqir etmək niyyətində olmadıqlarını deyib, azərbaycanlılardan üzr istəyiblər.
Bakıda İrandakı azərbaycanlılara dəstək məqsədilə aksiya keçirilib.
Şərhlər