Steinmeierdən Donbasın xüsusi statusu ilə əlaqədar sərt açıqlama
11.11.2015 17:55 Dünyadan reaksiya 2544
Almaniyanın xarici işlər naziri Frank Walter Steinmeier Donbassda yerli seçkilərin lazım olan şəkildə keçiriləcəyi təqdirdə bölgəyə xüsusi status veriləcəyini söyləyib. Reaksiya.az xəbər verir ki, Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier Donbassda yerli seçkilərin keçiriləcəyi gün bölgəyə xüsusi status veriləcəyini bildirib.
Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Berlində xarici siyasətlə bağlı 10 noyabr tarixində keçirilən mətbuat konfransında Parisdə baş tutan “Normandiya Kvarteti” görüşündə Ukraynanın şərqində seçkilərin keçiriləcəyi gün bölgənin xüsusi statusu ilə əlaqədar qanunun müvəqqəti olaraq qüvvəyə girəcəyini ifadə edib. Steinmeierin bildirdiyinə görə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müşahidəçilərinin seçkilərin lazım olan şəkildə keçirildiyini doğruladığı təqdirdə qanun davamlı olaraq qüvvəyə girəcək.
Xatırladaq ki, Ukrayna, Fransa, Almaniya və Rusiya (Normandiya Kvarteti) liderləri Donbassdaki vəziyyəti ələ almaq üçün 2 oktyabr tarixində Parisdə görüşüblər. Ayrıca Fransa prezidenti François Olland qondarma Donetsk Xalq Respublikası və Lugansk Xalq Respublikasında seçkilərin təşkil edilməsi üçün ayrı qanunun qəbul ediləcəyini bildirmişdi.
Daha sonra Ukraynanın şərqində separatçı terroristlər tərəfindən qurulan qondarma Donetsk Xalq Respublikası və Lugansk Xalq respublikalarının qondarma rəhbərliyi yerli seçkiləri 18 oktyabr və 1 noyabr tarixlərindən gələcək ilə təxirə saldı.
Şərhlər