Qazaxıstanda İslamı təhqir edən şəxsə ev dustaqlığı

11.11.2015 18:02     Dünyadan reaksiya     2173

Qazaxıstanda xristianlığın radikal bir məzhəbini qəbul edib İslama təhqir edən bir adam ev dustaqlığı ilə cəzalandırılıb

Reaksiya.az xəbər verir ki, Qazaxıstanda Xristianlığın radikal olaraq qəbul edilən məzhəblərindən birinə keçən və İslamı, Müsəlmanları və Hz. Peyğəmbəri təhqir edən bir adam yeddi il ev dustağı və 500 dollar pul cəzası alıb.

Astana Şəhər Məhkəməsi “radikal” məzhəbi seçən 54 yaşındakı qazax Ikilas Kabduakasovu dini nifrəti qızışdırmaq ittihamı ilə cəzalandırıb. Əvvəlki gün keçirilən məhkəmədə şübhəli ona qarşı yönləndirilən suçlamaları rədd edib. Şahidlər isə onun 2014 və 2015-ci illərdə dini məzmunlu çıxışlarında İslam dinini, Hz. Məhəmmədi və müsəlmanları təhqir etdiyini söyləyib.

Ikilas Kabduakasov bu ilin avqust ayında həbs olunmuşdu.

Şərhlər

Çox oxunanlar