Krım tatarlarının soyqırımını tanıyaq! - Parlamentdə tələb
11.11.2015 18:07 Dünyadan reaksiya 1912
Krım Tatarları Məclisinin sədri, Ukraynanın xalq deputatı Refat Çubarov Ali Radanın tribunasından Krım tatarlarının soyqırımını tanımaqla bağlı qətnamə layihəsini dəstəkləməyə çağırıb.
Reaksiya.az xəbər verir ki, “Pyotr Poroşenkonun Bloku”nun üzvü olan R.Çubarovun irəli sürdüyü layihədə 1944-cü ildə Krım tatarlarının yarımadadan deportasiyasını soyqırım əməli kimi tanımaq və bu hadisənin qurbanlarının anım günü kimi 18 may tarixini qeyd etmək təklif olunur.
Qətnamə layihəsi cümə axşamı Ali Radada müzakirə olunacaq.
Şərhlər