BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarının adı bəlli olub

12.11.2015 03:56     Dünyadan reaksiya     1776

BMT baş katibi Pan Qi Mun italiyalı Filippo Qrandini BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarı təyin edəcək.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Filippo Qrandi 2010-2014-cü illərdə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin baş komissarı olub. Müxtəlif illərdə F.Qrandi BMT-nin Əfqanıstan, Sudan, Suriya, Türkiyə və İraqdakı nümayəndəliklərində çalışıb, həmçinin Keniyada, Benində, Qanada, Liberiyada, Konqo Demokratik Respublikası və Yəməndə humanitar əməliyyatlara rəhbərlik edib.

Qeyd edək ki, 2005-ci ildən etibarən BMT-nin Qaçqınlarla İş üzrə  Ali Komissarı portuqaliyalı Antoniu Qutyerreşdir. 

Şərhlər

Çox oxunanlar