Gecə klubundakı yanğın nəticəsində ölənlərin sayı 51-ə çatıb

12.11.2015 03:23     Dünyadan reaksiya     1643

Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 51-ə çatıb

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, noyabrın 11-də müalicə üçün   İngiltərəyə göndərilən 19 yaşlı oğlan və 18 yaşlı qız dünyasını dəyişib.

Eyni gündə gecə klubunda çıxış edən  “Goodbye to Gravity” rok-qrupunun bas-qitaraçısı Buxarestdə ölüb.

Son məlumatlara əsasən, Rumıniya paytaxtının xəstəxanalarında ümumilikdə 76 nəfər müalicə alır. Onlardan 24-ün vəziyyəti ağır və yaxud kritik kimi qiymətləndirilir. 29 nəfərin xarici ölkələrdə müalicə olunduğu bildirilir.

Xatırladaq ki, oktyabrın 31-nə keçən gecə Buxarestdə  “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Hadisə zamanı gecə klubunda 400-dən çox adam olub.  Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub.

Şərhlər

Çox oxunanlar