İordaniya 1,5 milyona yaxın suriyalı qaçqını qəbul edib

12.11.2015 02:08     Dünyadan reaksiya     1429

Bu günədək İordaniya 1 milyon 400 min suriyalı qaçqını qəbul edib.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, bunu İordaniya kralı II Abdulla “Euronews” telekanalına müsahibəsində bəyan edib.

“Biz qaçqınların sayına görə, demək olar ki, maksimal həddə çatmışıq. İordaniya təqribən 1 milyon 400 min qaçqın qəbul edib. Bu isə əhalimizin 20%-ə bərabərdir. Çətin ki bu işi davam etdirə bilək”, deyə kral bildirib.

Onun sözlərinə görə, qaçqınların yalnız 10%-i xüsusi düşərgələrdə məskunlaşıb. Digərlərinin isə ölkənin müxtəlif bölgələrinə pənah gətirməsi infrastruktur və səhiyyə sisteminə təsir edir. 

Şərhlər

Çox oxunanlar