Parisdə növbəti “casus qalmaqalı”

12.11.2015 00:48     Dünyadan reaksiya     1459

Parisdə növbəti “casus qalmaqalı” baş qaldırır.

Reaksiya.az bu barədə APA-ya istinadən məlumat verir.

Məlumata əsasən, Almaniya xüsusi xidmət orqanları Fransa xarici işlər naziri Loran Fabius və prezident administrasiyasının yüksək vəzifəli şəxslərinin telefon danışıqlarını dinləyib.

“Əgər doğrudan da belədirsə, bu çox təəssüfedici haldır. Biz bu məsələni Almaniya nümayəndələri ilə müzakirə edəcəyik”, deyə L.Fabius bildirib.  

Qeyd edək ki, bu ilin iyununda ABŞ Milli Təhlükəsizliyi Agentliyi tərəfindən 2006-2012-ci illərdə Fransa prezidentləri Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefonlarının dinlənilməsi  məlum olmuşdu. 

Şərhlər

Çox oxunanlar