Misirdə terror aktı - 9 nəfər ölüb

12.11.2015 07:16     Dünyadan reaksiya     1713

Misirin Sinay yarımadasında törədilən terror aktı nəticəsində 9 nəfər ölüb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, insident noyabrın 12-ə keçən gecə Şimali Sinay əyalətinin inzibatı mərkəzi Əl-Əriş şəhərində qeydə alınıb.

Bir qrup naməlum silahlı əvvəl yaşayış evini atəşə tutub, sonra isə evin qarşısında minalanmış avtomobili partladıb.  Artıq məlumdur ki, ölənlərin əksəriyyəti bir ailənin üzvləridir. Onlardan ikisi 3 yaşınadək uşaqlardı.

İlkin ehtimallara görə, hücumun arxasında İŞİD-lə əlaqəli “Ənsər Beyt əl-Məkdis" qruplaşması durur.

Şərhlər

Çox oxunanlar