Yunanıstanda ümummilli tətil keçiriləcək
12.11.2015 05:25 Dünyadan reaksiya 1457
Yunanıstanda sərt qənaət tədbirlərinə qarşı ümummilli 24 saatlıq tətil keçiriləcək.
Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, Yunanıstanın həmkarlar ittifaqları bildiriblər ki, ölkədə dövlət müəssisələri, banklar, mağazalar, universitetlər, məktəblər, məhkəmələr bağlı olacaq. Aviasiya dispetçerləri 30 ölkədaxili reysi ləğv ediblər.
Yunanıstan hökuməti Avropa İttifaqı və BVF-dən yeni krediti almaq üçün yeni qənaət və büdcənin məhdudlaşdırılması tədbirləri planlaşdırır.
Şərhlər