İsveç gömrük nəzarətini müvəqqəti bərpa edir
12.11.2015 06:53 Dünyadan reaksiya 1565
Noyabrın 13-dən etibarən İsveç həmsərhəd dövlətlərlə gömrük nəzarətini bərpa edəcək.
Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, İsveçin Daxili işlər naziri Anders İqeman bildirib ki, nəzarət sistemi müvəqqəti xarakter daşıyır və noyabrın 21-də ləğv olunacaq.
"Şimali Afrikadan və Yaxın Şərqdən miqrant axını ilə üzləşən Avropa dövlətləri asayiş baxımdan problemlərlə üzləşiblər. Biz isə artıq mühacirlərə qapılarımızı aça bilmirik", - deyən nazir, hesab edir ki, gömrük nəzarəti miqrantlarla bağlı problemlərin həllinə kömək edəcək.
Şərhlər