Rusiya sosial şəbəkələrə nəzarəti gücləndirir
12.11.2015 08:42 Dünyadan reaksiya 1783
Rusiyanın Rabitə, İnformasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) Twitterdən yerli istifadəçilərə dair məlumatları Rusiya ərazisində arxivləşdirməyi və saxlamağı tələb edib. Bunun üçün Twitterin Rusiya ərazisinə nəhəng serverləri yaratmasına ehtiyac yaranacaq. Bundan əvvəl Roskomnadzor bu addıma ehtiyac yaranmayacağını bildirsə də, rəsmi Moskvanın mövqeyi 180 dərəcə dəyişib. Eyni tələblər sosial şəbəkə nəhəngi olan feysbuka da yönəldilib. Rusiya Dumansının ötən il internet xidmətləri haqqında qəbul etdiyi qanuna görə, Rusiya vətəndaşlarına aid elektron məlumatlar 2015-ci ilin sentyabr ayından etibarən Rusiyada qurulan serverlərin yaddaşında saxlanılmalıdır.
Roskomnadzorun bu tələblərə əməl etməyən saytları, o cümlədən Feybsuk və Twitteri bağlamağa səlahiyyəti var. Yeni qanunun tərəfdarları bunun dövlət məlumatlarının qorunması, internet casusluğuna qarşı faydalı addım olduğunu iddia etsə də, tənqidçilər bu ölçünü dövlətin internet üzərindəki nəzarəti sərtləşdirməsi, söz azadlığının boğulması kimi qələmə verir. Twitter rəsmiləri hələ ki, Rusiyanın yeni serverlər yaratmaq tələbini şərh etməyib.
Şərhlər