Kommunistlər Putinə Türkiyədən xəbərçilik ediblər

12.11.2015 10:06     Dünyadan reaksiya     2073

Kommunist millət vəkillərindən "uçuş qadağanı" tələbiylə Putinə məktubu yazıblar.

Reaksiya.az xəbər verir ki, Rusiya Kommunist Partiyasından iki millət vəkili prezident Vladimir Putinə məktubla müraciət edərək, eynilə Misir kimi Türkiyə və Tunisə uçuşların qadağan edilməsini istəyiblər. Məktubu qələmə alan Valeri Raskin və Sergey Obuxov adlı millət vəkilləri, Putindən təhlükəsizlik məsələlərinə görə Türkiyə uçuşlarının müvəqqəti olaraq dayandırılmasını tələb ediblər.

Məktubda Misir üçün 8 noyabr tarixində verilən müvəqqəti uçuş qadağanı əhatəsinə Türkiyə və Tunisin da daxil edilməsi istənilib.

İki millət vəkili, bu iki ölkədə İŞİD terror təşkilatı qruplarının təsirli ola biləcəklərini müdafiə ediblər. Məktubda son dövrdə Türkiyədə yeddi terror aktının yaşandığınl, Tunisdə isə iki otelə hücumun həyata keçirildiyi xatırladıldı.

Şərhlər

Çox oxunanlar