Rusiyanın nüvə sirləri açıqlanıb! .. - TV QALMAQALI - VİDEO

12.11.2015 10:15     Dünyadan reaksiya     2141

Rusiyada "qismən dövlət sirrinin yayılması" na səbəb olan bir "iş qəzası" yaşanıb. Reaksiya.az xəbər verir ki, Prezident Putinin Soçidə müdafiə nazirliyi rəsmiləri ilə keçirdiyi toplantı zamanı dövlət televiziyasında göstərilən bir görüntü geniş əks-səda yaradıb. Kremlin sözçüsü Dmitri Peskov bu qısa görüntüdə Rusiyanın nüvə sualtı qüvvələri ilə bağlı məxfilik səviyyəsi yüksək bəzi məlumatların ekrana əks olunduğunu təsdiqləyib. Mətbuata əks olunan xəbərlərə görə, görüntüdə nüvə dənizaltıların, NATO radarlarını "bay pass" edəcək yeni silah sistemləri ilə əlaqədar məlumatlar olub.

Şərhlər

Çox oxunanlar