Kürdlər hücuma keçdi - İŞİD-in 3-cü mühüm şəhərinə doğru

12.11.2015 10:18     Dünyadan reaksiya     2011

Şimali İraqda kürd peşmərgələri "İslam dövləti" qruplaşmasının mövqelərinə qarşı əks-hücuma keçiblər.

Reaksiya.az "Reuters"ə istinadən xəbər verir ki, peşmərgələr əks-hücumda ABŞ-dan hərbi-texniki dəstək alıblar. Həmçinin havadan ABŞ və koalisiya qüvvələrinin döyüş təyyarələri peşmərgələrə dəstək verir.

Yeni əməliyyat çərçivəsində peşmərgələr Şimali İraqdakı Sincar şəhərini İŞİD-dən azad etməyi planlaşdırırlar. Şəhər 2014-cü ilin sonunda İŞİD-in əlinə keçmişdi.

Sincarın "xilafət" üçün Raqqa və Mosulu birləşdirən əsas strateji məntəqə olduğu deyilir.

Şərhlər

Çox oxunanlar