Ermənilər işıq ümidlərini Türkiyəyə bağlayıb
22.06.2015 15:15 Dünyadan reaksiya 1680
Nazir müavini: "Ermənistanın yeganə çıxış yolu Türkiyə ilə əməkdaşlıqdır"
Ermənistan elektroenergetika sahəsində qonşu Türkiyə ilə münasibətlərin qurulmasına ümid edir və ancaq buna bel bağlayır.
ANS PRESS-in məlumatına görə, bunu İrəvanda keçirilən NATO-nun Parlament Assambleyasının 89-cu "Rose-Roth" seminarı zamanı Ermənistanın energetika nazirinin müavini Areq Qalstyan bildirib. O inandırmağa çalışıb ki, regional əməkdaşlıq və inteqrasiya Ermənistanın energetikasının inkişafı üçün ən əhəmiyyətli məsələlərdən biridir.
London Kinqs Kollecinin eksperti Treysi Djerman çıxışında Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində Cənubi Qafqazın əhəmiyyətindən söz açıb, enerji sahəsində regional əməkdaşlığın milli təhlükəsizlik məsələləri ilə sıx bağlı olduğunu, energetika təhlükəsizliyində geosiyasi reallıqların təsirinin nəzərə alınmasının vacibliyini söyləyib.
O, ermənilərə üstüörtülü mesaj çatdırıb və İrəvanı regionda sabitliyin pozulmasına yol açan addımlar atmaqda günahlanırıb: "Regionda sabitliyin bərpasına böyük ehtiyac var. Ermənistan Cənubi Qafqazda energetika layihələrinə qoşulmamaqla regionda sabitlik balansını pozur."
Ümumiyyətlə, Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr mövcud deyil və iki ölkə arasındakı sərhəd 1993-cü ildən rəsmi Ankaranın təşəbbüsü ilə bağlanıb. Buna səbəb ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi olub və beləliklə, İrəvanla Ankara arasında mürəkkəb münasibətlər yaranıb. Ankara Qarabağ problemində Azərbaycan mövqeyini haqlı olaraq dəstəkləməsi, həmçinin Türkiyənin İrəvanın "erməni soyqırımı" iddialarından əl çəkməməsi vəziyyəti daha da çətinləşdirir.
Yadınızdadırsa, Ermənistan və Türkiyə arasında əlaqələrin normallaşmasına 2008-ci ilin payızında təşəbbüs göstərilib. 2009-cu il oktyabrın 10-da Ermənistanın və Türkiyənin xarici işlər nazirləri Sürixdə protokol imzaladılar. Ancaq bir il sonra aprelin 22-də Ermənistan prezidenti Serj Sarkisyan bəhanə edərək protokollarının ratifikasiya prosesinin dayandırılması haqqında fərmanı imzaladı. O yalandan açıqlama verdi ki, guya Türkiyə başlanmış prosesi davam etdirməyə hazır deyil. Bununla da, o, bu il yanvarın 16-da protokolların parlament müzakirəsindən çıxarılmasına nail oldu.
Şərhlər