İranda idman yarışında azərbaycanlılardan etiraz - VİDEO

12.11.2015 10:59     Dünyadan reaksiya     2132

İranda azərbaycanlıların təhqir edilməsi ilə bağlı qalmaqal səngimək bilmir. İranın Urmiya şəhərində voleybol oyununda bir araya gələn 6 min azərbaycanlı fəal, oyunun gedişi zamanı şüarlar səsləndiriblər.
 
ANS TV-nin məlumatına görə, yarış meydanında ayağa qalxan fəallar azərbaycanlıları təhqir edənlərin cəzalandırılmasını tələb ediblər. Yarış zamanı etiraz səslərini yüksəldənlər oyunun gedişinə mane olublar.
 
Oyundan sonra etirazçılar Urmiya şəhərinin mərkəzinə yürüş ediblər. Gecə saatları olmasına baxmayaraq yüzlərlə gənc etirazçılara qoşulub. Aksiya iştirakçıları yürüş zamanı müxtəlif şüarlar səsləndiriblər.
 
Fəallarla polis arasında qarşıdurma yaranıb. Məlumata görə, polis etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. 
 
Aksiyalar İranın paytaxtı Tehranda və bir neçə şəhərində keçirilir. Etiraz aksiyalarında bir azərbaycanlının öldürüldüyü, 20-dən çox fəalınsa saxlandığı deyilir.
 
Xatırladaq ki, həmyerlilərimizin etiraz aksiyası keçirməsinə səbəb, yerli İranın “Kanal 2” (İRİB) yayımlanan verilişdə azərbaycanlıların təhqir edilməsi olub. Verlişdə deyilib ki, “azərbaycanlıların ağzından pis iy gəlir, onsuzda onlar diş fırçası ilə tualet fırçasını bir-birindən ayıra bilmirlər". Səsləndirilən bu fikirlərdən sonra İranda yaşayan azərbaycanlılar ayağa qalxıb.
Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, kimi şüarlar altında keçirilib.
 
İranda azərbaycanlıların ayağa qalxmasına səbəb olan proqram bağlanıb. ANS RESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, "Fitile" adlı proqram təhqirə yol verdiyi üçün İran Radio və Televiziya Qurumu tərəfindən yayından çıxarılıb. 
 
Qurumun rəhbəri Məhəmməd Serafraz bu hadisəyə görə üzr istəyib. "Proqramdakı təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəyirəm. Proqraam yayımdan çıxarılıb və məsul şəxslərin cəzalandırılması işləri başlayıb".

Şərhlər

Çox oxunanlar