Rusiya Çinə S-400 sistemlərini verməyə tələsmir

12.11.2015 11:33     Dünyadan reaksiya     1765

Rusiyadan Çinə S-400 sistemlərinin göndərilməsi bir ildən tez baş tutmayacaq.

Reaksiya.az xəbər verir ki, bu barədə TASS-a  Rusiyanın hərbi əməkdaşlıq sistemindən məlumatlı mənbə bildirib.

“Göndərilmə bir ildən tez planlaşdırılmır, hətta il yarım da çəkə bilər”, - deyə mənbə bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, Çin Rusiyadan S-400 zenit sistemləri almaq barədə müqavilə bağlayan ilk dövlət olub.

Şərhlər

Çox oxunanlar