Rusiya norveçli siyasətçiləri qadın və araqla ələ alır - KİV

12.11.2015 11:47     Dünyadan reaksiya     2006

Rusiyanın xüsusi xidmətləri norveçli siyasətçi və iş adamlarını gözəl qadınlar və spirtli içkilərlə ələ alırlar.

Reaksiya.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.

Rusiyanın Oslodakı səfirliyinin mətbuat ataşşesi Andrey Kulikov bu ittihamları təkzib edib və “yalan” adlandırıb.

Lakin Norveç Təhlükəsizlik Polisinin Əks-Kəşfiyyat Şöbəsinin rəisi Kristan Hauqstoil əksini deyib.

Onun sözlərinə görə, bir neçə nüfuzlu iş adamı bu cür manipulyasiyaların qurbanı olub: “Bizə lazımi informasiya almaq məqsədi ilə şantaj olunan vətəndaşlardan şikayətlər daxil olub. Bu, həyəcan doğurur və biz belə şeylər barədə məlumatlı olmalıyıq”.

Əks-kəşfiyyat rəhbəri vurğlayıb ki, rusiyalı agentlər müxtəlif şəxsləri ələ almaq üçün müxtəlif vasitələrdən, o cümlədən spirtli içkilər və qadınlardan istifadə edirlər.

Bundan əvvəl Almaniyanın xüsusi xidmət orqanlarının bir əməkdaşına qarşı Rusiyanın xeyrinə casus etmək ittihamı irəli sürülmüşdü.

Şərhlər

Çox oxunanlar