İŞID Yunus Peyğəmbərin məzarını dağıdıb

22.06.2015 15:33     Dünyadan reaksiya     2113

İŞİD terror təşkilatı Hz. Yunusa aid olan məzarın yerləşdiyi Mosuldaki məscidi dağıdıb, türbənin olduğu yerdə isə bağ salmaq niyyətindədir.

İranın İRNA Xəbər Agentliyinin verdiyi xəbərə görə, İŞİD yaraqlıları Mosulda Yunus Peyğəmbərin məzarının olduğu məscidi havaya uçurandan sonra məzarı buldozerlərlə dağıdıblar. Bundan sonra məzarın olduğu yerdə bağ salmaq istədiklərini qeyd ediblər.

Hələ 2014-ci ilin iyul ayında İraqın Mosul əyalətini ələ keçirən İŞİD yaraqlılarının əyalətin paytaxtı Ninəva şəhərindəki Hz. Yunus və Hz. Danyal Peyğəmbərin məzarlarını yıxdıqlarını göstərən lentlər bütün dünyanı şoka salmışdı. O zaman IŞİD –çilər baltalarla daşdan düzəldilən köhnə qəbiristanlıqların bir hissəsini yıxmışdı. İndi isə bu müqəddəs məzarı tamamilə dağıdıblar.

Hz. Yunus “Qurani – Kərim”də adı çəkilən, bütün dinlərdə yəhudilik, xristianlıq, İslam və Bahailik'te Tanrının elçisi və müqəddəs sayılan, Nineva xalqına göndərildiyinə inanılan peyğəmbərdir.

Şərhlər