Çindən Orta şərqi qarışdıracaq hücum

12.11.2015 15:57     Dünyadan reaksiya     2161

Cibutini ziyarət edən Çinin baş qərargah rəisi Fang Fenghuinin gündəmində Aden Körfəzinə 10 min əsgər yerləşdirmə planı var.

Çinin Müdafiə Nazirliyi Çin Xalq Azadlıq Ordususunun Baş qərargah rəisi General Fang Fenghuinin həftə sonu Cibutidə prezident İsmayıl Ömər Gulle tərəfindən qəbul edildiyi və bölgədə piratlıqla mübarizə üçün olan Çinə aid döyüş gəmisi Sanyaya da yönləndirildiyini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, səfərin ən əhəmiyyətli nöqtəsini Çinin Cibutidə qurmaq istədiyi ilk hərbi baza və buraya yerləşdirilməsi planlaşdırılan 10 min çinli əsgərin meydana gətirdiyi bildirilir.

Çin Müdafiə Nazirliyinin açıqlamasında Çinin Cibutidə qurmaq istədiyi hərbi baza ilə bağlı heç bir fikrə yer verilməsə də, Cibutili mənbələr görüşdə mövzunun gündəmə gəldiyini ifadə edirlər.

 

ABŞ isə narahatdır

 

Çinin Şərq Afrikadakı iqtisadi maraqlarını qorumaq üçün Cibutiyə hərbi baza qurması bu ölkədə hələ də hərbi bazaları olan ABŞ - ı narahat edib.

Bir müddət əvvəl Çindən iqtisadi yardım alan Cibutinin ABŞ-dan Obok bölgəsində olan hərbi bazanı boşaltması və bu bazanı Çinə verməsi gündəmə gəlmişdi.

Şərhlər

Çox oxunanlar