"Aİ Türkiyənin iştirakı ilə sammit keçirməyi planlaşdırır"
13.11.2015 03:50 Dünyadan reaksiya 1841
Avropa İttifaqı Türkiyənin iştirakı ilə sammit keçirməyi planlaşdırır. Sammit bu ilin noyabrın sonunda – dekabrın əvvəlində baş tuta bilər. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel Maltada qaçqın böhranına həsr olunmuş Avropa-Afrika sammitindən sonra bildirib.
Merkelin sözlərinə görə, qərar hökumət və dövlət başçıları səviyyəsində razılaşdırılıb.
Aİ miqrant axınının azaldılması məqsədilə Ankaranın dəstəyinə ümid edir. Bunun müqabilində Aİ Türkiyəyə 3 mlrd dollar həcmində maliyyə yardımı göstərmək istəyir.
Şərhlər