İŞİD Rusiyanı təhdid etdi - “Qan su yerinə axacaq” +18 - VİDEO

13.11.2015 10:45     Dünyadan reaksiya     2773

İŞİD terror qruplaşması Rusiyada çox yaxında hücumlar reallaşdıracaqları haqda çəkdikləri video yayıblar.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular rus dilində yayımladıqları videoda “Qan su yerinə axacaq”, Qafqaz “Qaranlıq güclərdən geri alınacaq” kimi ifadələr işlədiblər.

Qeyd edək ki, İŞİD Misirin Sina Yarımadası üzərində düşən “A321” sərnişin təyyarəsinin Suriyada hava hücumlarına başlayan Rusiyadan intiqam almaq məqsədilə etdiklərini açıqlamışdı.

Hadisə nəticəsində isə təyyarədə olan 224 nəfərin hamısı həlak olmuşdu.

Rusiyanın baş naziri Dmitri Medvedev, ABŞ prezidenti Barak Obama və Böyük Britanıyanın baş naziri David Kameron da təyyarənin terror hücumu nəticə düşmüş ola biləcəyini bildirmişdi. 

Qeyd: Əsəbləri zəif olanlara videoya baxmamağı tövsiyə edirik!

Şərhlər

Çox oxunanlar