Rusiya İraqda RLS quraşdırır

13.11.2015 11:03     Dünyadan reaksiya     1985

Rusiya İraqın Hərbi-Hava Qüvvələrindən birinin aerodromunda uçuşların texniki təminatı üçün vasitələr quraşdıracaq.

Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərbi-əməkdaşlıq sahəsində çalışan mənbələrdən biri bildirib.

Onun sözlərinə görə, hal-hazırda İraqa radio-lokasiya sistemlərinin çatdırılması həyata keçirilir: “Müqavilədə İraqdakı aerodromlardan birinin texniki təchizatı nəzərdə tutulub”.

Bu avadanlıqların İraqda quraşdırılması nəticəsində aerodromdan 400 kilometr məsafədə naviqasiyaya nəzarət etmək və çətin görmə şəraitində uçuş və enişləri həyata keçirmək mümkün olacaq.

Şərhlər

Çox oxunanlar