Obama və Putinin Antalya tədarükü - Nüvə çantaları ilə gəlirlər

13.11.2015 11:20     Dünyadan reaksiya     2094

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin "G20" sammiti üçün Antalyaya gəldikləri andan etibarən yanlarında xüsusi seçilmiş adamlar çantalar daşıyacaq.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu çantalarda dünyanı dəyişdirəcək gücə sahib nüvə silahlarının hücum kodları yer alır.

Prezidentlərin yanlarından heç vaxt ayırmadığı və hər yerə özləriylə apardıqları çantaya "nüvə futbol topu” (nuclear football) adı verilib.

Qeyd edək ki, çanta fikri Kuba ilə baş verən raket qalmaqalının ardından keçmiş ABŞ prezident Con Kennedi tərəfindən ehtimal olunan rus nüvə hücumuna qarşı tez və təsirli şəkildə cavab vermək üçün yaradılıb.

Putinin isə yanından ayırmadığı çantada nüvə hücumlarına qarşı erkən xəbərdarlıq sistemi və nüvə hücum əmrinin veriləcəyi şifrələr yer alır.

Şərhlər

Çox oxunanlar