Yəhudi soyqırımını inkar edən 87 yaşlı qadın həbsə atıldı
13.11.2015 14:24 Dünyadan reaksiya 1963
Almaniyada yəhudi soyqırımını (holokost) inkar etdiyinə görə, 87 yaşlı qadın Ursula Haverbek-Vetsel həbs edilib.
Reaksiya.az “Suddeutsche Zeitung” qəzetinə istinadən xəbər verir ki, məhkəmə qadına 10 aylıq həbs cəzası verib.
“Osventsim mühasibi” Oskar Qreninqin işi üzrə prosesdə mühakimə olunan qadın jurnalistlərə demişdi ki, Osventsim yəhudilərin kütləvi məhv yeri deyildi və heç holokost da olmayıb.
Məhkəmə belə qənaətə gəlib ki, bu cür ictimai bəyanatlar cəmiyyətdə aqressiv əhval-ruhiyyəni artırır.
Bundan əvvəl Fransa prezidenti Fransua Olland anti-semit fikirlərinə görə məşhur modelyer Con Qalyanonu Fəxri Legionun kavaleri ordenindən məhrum etmişdi
Şərhlər