Reuters müxbiri xəbərini müdafiə edir: - "O layihənin rəhbəri Putinin qızıdır"
13.11.2015 15:39 Dünyadan reaksiya 2158
Putinin ikinci qızı Yekaterina Tihonova'nın, ölkənin ən nüfuzlu universiteti Moskva Dövlət Universitetinin (MDU) daxilindəki milyard dollarlıq bir layihənin idarəçiliyini icra etdiyini iddia edildiyi xəbərlə əlaqədar müzakirələr davam edir.
Reaksiya.az xəbər verir ki,“Reuters” Xəbər Agentliyinin “Gazprombank”ın idarə heyəti rəhbəri Andrey Akimova istinadən yaydığı xəbərdə, MDU daxilində elm və texnika sahəsində fəaliyyət göstərən “İnnopraktika” adlı layihənin Putinin ikinci qızı Yekaterina Tixonova tərəfindən idarə edildiyini bildirilmişdi.
Putinin spikeri Dmitri Peskov xəbəri təkzib etmiş, Akimov da sözlərinin təhrif edildiyini bildirmişdi.
“Reuters” isə xəbərin doğruluğu ilə fikirlərində israr edir. Xəbəri qələmə alan “Reuters” müxbiri Stephen Grey BBC Rusiya xidmətinin məsələ ilə bağlı suallarını cavablandırıb. “Reuters” müxbiri, Rusiyada Putinin də daxil olduğu köhnə kəşfiyyat dairələrinin və iqtidara yaxın oliqarxların uşaqlarına xüsusi imtiyazlar verildiyini iddia edib: "Putinin qızları haqqında hər şey sirr kimi saxlanılır. Adları, yaşadıqları şəxslərin adları, karyeraları, həyat yoldaşları, dostları, bütün bunlar gizlidir. Buna görə də, kim oldularını öyrənmək və ortaya çıxarmaq üçün mövzunu araşdırmaq lazım gəlir”.
Şərhlər