Mənzildən 7 körpə meyiti tapıldı - Almaniyada

13.11.2015 16:29     Dünyadan reaksiya     1723

Almaniyada bir mənzildən 7 uşaq meyiti tapılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın DPA İnformasiya Agentliyi məlumat yayıb. Hadisə Bavariya əyalətində qeydə alınıb. İddialara görə, bir həkim mənzildə meyitlərin olduğu barədə polisə xəbər verib. Yerli polis hadisə yerinə baxış keçirib və körpə meyitləri aşkarlanıb. Meyitlərin sayının daha çox olduğu istisna edilmir.

Həmin evdə daha əvvəl 45 yaşlı bir qadın yaşayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır.

Şərhlər

Çox oxunanlar