"Sincar İŞİD-dən azad edildi" - Bərzani
13.11.2015 17:17 Dünyadan reaksiya 2094
ABŞ-ın havadan verdiyi dəstək nəticəsində Peşmərgə qüvvələri Sincarı İŞİD terror qruplaşmasından tamamilə azad edib.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İraqın Kürdüstan Muxtar Regionunun lideri Məsud Bərzani məlumat verib.
O, bu münasibətlə Peşmərgə qüvvələrini və kürd xalqını təbrik edib: "Sincarın liberallaşdırılması Mosul şəhərinin də azad edilməsinə böyük təsir göstərəcək".
Həmçinin, Bərzani Bağdad və Ərbil hökümətlərinin Sincarın vilayət halına gətirilməsi üçün çalışacaqlarını və Sincarda yalnız Kürdüstan bayrağının dalğalanacağını açıqlayıb.
Şərhlər