Fətullahçıların ən mühüm televiziyası bağlandı

13.11.2015 17:28     Dünyadan reaksiya     2210

Türkiyənin Samanyolu Yayın Qrupuna aid bütün kanalların peyk yayımı dayandırılıb.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu qərarla “STV” ancaq internet üzərindən fəaliyyət göstərəcək.

Samanyolu yayın qrupuna daxil olan 13 televiziya və radio kanalı bunlardır: “Samanyolu Avrupa”, “Ebru TV”, “Mehtap TV”, “Samanyolu Haber”, “Yumurcak TV”, “Dünya TV”, “MC TV”, “Samanyolu Afrika”, “Tuna Shopping TV”, “Burç FM”, “Samanyolu Haber Radyo”, “Radyo Mehtap”, “Radyo Cihan”.

Qeyd edək ki, “Türksat”ın bu qərarı verməsinə səbəb  Samanyolu Yayım Qrupunun Fətullah Gülən camaatına yaxınlığı ilə tanınmasıdır.

Şərhlər

Çox oxunanlar