Dünya liderlərinin diqqəti Parisdədir

14.11.2015 03:03     Dünyadan reaksiya     2135

Gecə saatlarında Fransa paytaxtında baş verən dəhşətli partlayışdan sonra bütün dünyanın diqqəti Parisə yönəldi. Reaksiya.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama bu dəqiqələrdə canlı yayımda çıxış edərək hadisəyə görə sarsıldığını, terrora qarşı mübarizədə Fransaya dəstək olacaqlarını bildirdi.

Böyük Britaniyanın baş naziri Devid Kamerun da sosial şəbəkədə hadisənin şokunda olduğunu, dualarının fransız xalqı ilə olduğunu bildirib.

Fransa prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyət elan olduğunu dünya ictimaiyyətinə çatdırıb. O, bildirib ki, ölkənin bütün sərhədləri, eləcə də Parisin bütün küçələri bağlanıb və ikinci bir əmr verilməyənə qədər bağlı qalacaq.

Qeyd edək ki, gecə saatlarında baş verən partlayışlar zamanı ən az 60 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Şərhlər

Çox oxunanlar