Fransa prezidenti Türkiyə səfərini ləğv edib

14.11.2015 03:45     Dünyadan reaksiya     1559

Fransa prezidenti Fransua Olland Parisdə baş vermiş terror aktları ilə əlaqədar Antalyada keçiriləcək G-20 sammitinə planlaşdırdığı səfəri ləğv edib.

Reaksiya.az-ın Euronews-a istinadən verdiyi məlumata görə, Fransanı zirvə toplantısında ölkənin xarici işlər naziri Loran Fabius təmsil edəcək.

Parisdə törədilən terror aktları nəticəsində, müxtəlif məlumatlara əsasən 45-dən 150-dək  nəfər ölüb.

Qeyd edək ki, noyabrın 15-16-də Türkiyənin Antalya şəhərində “Böyük iyirmiliyin”(G 20) sammiti keçiriləcək.

Şərhlər

Çox oxunanlar