“Artıq terrorizmlə mübarizədə sözlərə yer yoxdur” - Ərdoğan
14.11.2015 04:09 Dünyadan reaksiya 1747
Antalyaya G-20 sammitinə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Fransua Ollanda və bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib.
Bu barədə Reaksiya.az “Anadolu” agentliyinə istinadən məlumat verir.
“Bu hadisələr bur daha bizim bu məsələdə düzgün yolda olduğunuzu göstərir. Artıq terrorizmlə mübarizədə sözlərə yer yoxdur. Bu tək Fransaya deyil, bütün dünyaya meydan oxumaqdır. Biz uzun müddətdir ki, dünya ictimaiyyətinə bu təhlükənin reallığını çatdırmağa çalışırıq”, deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, terrorun milliyyəti, vətəni, dini olmur: “Bütün terrorçular eyni aqibətə layiqdirlər. Biz, Türkiyə olaraq, daim terrora qarşıyıq və sonadək bu bəla ilə mübarizə aparacağıq. Biz Fransa xalqının hisslərini hamıdan yaxşı anlayırıq, onların dərdlərinə şərik oluruq. Parisdəki terror bizə Ankarada, Surucda, Qaziantepdə, Diyabəkirdəki terror aktlarını xatırladır. Millətimiz bunları görüb və terrorun nə olduğunu yaxşı bilir”, R.T.Ərdoğan vurğulayıb.
Şərhlər