“Terror aktları şəhərin altı nöqtəsində törədilib” - Rəsmi

14.11.2015 04:32     Dünyadan reaksiya     1677

Fransanın paytaxtı Parisdə baş vermiş terror aktları şəhərin altı müxtəlif nöqtəsində törədilib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Parisin prokuroru Fransua Molens bəyan edib.

Onun sözlərinə görə, hadisə nəticəsində 5 terrorçu ölüb . Onlardan 3-ü  girovlar azad edilərkən “Bataklan” konsert zalında məhv edilib. Daha 2-si “Stad de Frans” stadionu yaxınlığında özlərini partladıb. Digər terrorçular qaçmağa nail olub.

Hazırda şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Terrorçuların tapılması üçün əməliyyat keçirilir.

Şərhlər

Çox oxunanlar