Parisdə girovların azad edilməsi üçün keçirilən əməliyyatda 10 nəfər ölüb

14.11.2015 04:56     Dünyadan reaksiya     1676

Parisin “Bataklan” teatrında  girovların azad edilməsi üçün keçirilən əməliyyatda 10 nəfər ölüb.

Reaksiya.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılar 2 terrorçunu məhv edib.

Polis Fransanın paytaxtında törədilən terror aktlarında 45 nəfərin öldüyünü təsdiqləyib. Onlarla insanın yaralandığı bildirilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanları jurnalistlərə hadisə yerindən çəkilişlər aparmağı qadağan edib.

Son məlumatlara görə, terror aktları ümumilikdə Parisin 6-7 bölgəsində törədilib. 

Şərhlər

Çox oxunanlar