Facebook parislilər üçün "təhlükəsizlik yoxlaması" açdı
14.11.2015 05:24 Dünyadan reaksiya 1674
Parisdə yaşanılan dəhşətlərdən sonra təcili hallar üçün "yaşıl nömrə" adlandırılan "0800406005" nömrəli xətt vətəndaşların istifadəsinə verilib. Hər hansı bir fövqəladə vəziyyətdə vətəndaşlar bu xəttə pulsuz zəng eləyə bilərlər.
Reaksiya.az xarici mediaya istinadən xəbər verir ki, facebook da təhlükəsizlik yoxlaması üçün "safety check" tətbiqetməsini açıb. Bu tətbiqetmə parisdəki istifadəçilərindən "Təhlükədəsiniz?" sualını soruşur və hə ya yox cavablarını seçməyi tələb edir.
Şərhlər